Michael cunningham biography the hours pdf download


Michael Cunningham The Hours

Related papers

Elshan Hajizade bibliography

The Baltic S C I E N T I F I C Journals

2021

Biblioqrafik nəşr iqtisad elmləri doktoru, professor Elşən Mahmud oğlu Hacızadənin həyatı, elmi-pedaqoji, əmək və ictimai fəaliyyətinə həsr olunmuşdur. Nəşrdə Azərbaycan, rus və ingilis dillərində müəllifin həyat hadisələrinin mühüm tarixləri, elmi fəaliyyətinin əsas istiqamətləri, elmi dərəcə, elmi ad və təhsili ilə bağlı aldığı attestatlar, diplomlar, sertifikatlar və digər şəhadətnamələr, elmi əsərlərin biblioqrafiyası, publisistik məqalələrin siyahısı, elm və təhsil müəssisələrində yerinə yetirdiyi tədqiqat işləri, hazırladığı layihələr, kitabları haqqında mətbuatda çıxan resenziyalar, iştirak etdiyi dəyirmi masalar, rəsmi opponent və resenzent olduğu dissertasiyalar, dissertasiya şuralarında iştirakı, üzvü və rəhbəri olduğu elmi redaksiya heyətləri barədə informasiyalara da yer verilmişdir. Nəşrin mətninə həmçinin müəllifin elmi əsərlərinə edilən "Yüz bir istinad", təltifləri, filmoqrafiya fəaliyyəti, internet resurslarında, ensiklopediyalarda və ayrı-ayrı nəşrlərdə onun haqqında verilən bioqrafik məlumatlar da daxil edilmişdir. Biblioqrafik nəşr iqtisadiyyat və idarəetmə sahəsi üzrə elmi-tədqiqat işləri aparan alim və mütəxəssislər, müəllim və tələbələr, elecə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

View PDFchevron_right

The system of characters in Nedim’s diwan

Aygun Yusubova

Şərq araşdırmaları, 2023

Osmanlı tarixinə "Lalə dövrü" adı ilə daxil olan (1718-1730) on iki illik bir dönəm Sultan III Əhmədin (1703-1730) səltənətinin ikinci mərhələsinə təsadüf edir. Dövrün sədrəzəmi Damad İbrahim Paşa tərəfindən 21 iyul 1718-ci il tarixində Avstriya ilə Osmanlı dövlətləri arasında imzalanmış Pasarofça sülh müqaviləsindən sonra Qərb ilə keçmiş əsrlərdən miras qalan soyuq münasibətlərdə yavaş-yavaş isinmə başlanmışdır. Lalə dövrü Osmanlı tarixində Avropa ilə siyasi, iqtisadi və mədəni əlaqələrin yaradıldığı və inkişaf etdirildiyi tarixi bir mərhələdir. Həyatın demək olar ki, bütün sahələrinə dövrün tələbinə uyğun yeniliklər gətirilsə də, klassik və ənənəvi dəyərlər qorunmuş, incəsənətdə ənənə daxilində yeniliklər edilmişdir. Bu dövrdə Osmanlı dövlətinin xarici siyasətində olduğu kimi daxilində də bir sabitlik hökm sürmüşdür. Türk incəsənətinin və bədii zövqünün daha da inkişaf etdiyi, həmçinin Qərb ənənələrinə uyğunlaşdığı bu dövrü simvolizə edən divan şairi isə Əhməd Nədimdir. Nədimin "Divan"ına nəzər yetirdikdə müxtəlif zümrələrə məxsus obrazlara rast gəlirik. Xüsusilədə şairin qəsidə və qitələrində müşahidə etdiyimiz insan tiplərinin əksəriyyəti tarixi şəxsiyyətlərdir. Onu da qeyd edək ki, türk divan ədəbiyyatı ənənəsində təsvir olunan obrazlarla, cəmiyyətin yüksək təbəqəsi sayılan saray və ətrafı ilə başlayaraq orta təbəqəyə mənsub məmurlar, hətta saray musiqiçiləri, təriqət şeyxlər ivədönəm şairlərinə qədər çox zəngin obrazlar qalereyası yaratdığını müşahidə edirik. Zamanı, sənət aləmində bir süzgəcə bənzədən görkəmli ədəbiyyatşünas Mehmet Fuad Köprülüzadənin sözləri ilə desək, müəyyən dövrlərdə müəyyən zövqlərin bəhs edildiyi, canlandırıldığı, hətta böyük qiymət verildiyi bir çox əsərlər, zaman süzgəcindən süzülə-süzülə keçərək hər dövrdən yadigar olaraq özündə bir neçə qətrə saxlayır. Lalə dövrü deyincə mütləq Sadabadı xatırlayır, Sadabadı xatırlayınca isə istər-istəməz Nədimi düşünürük. Çünki Ladə dövrü və Sadabad Nədimin "Divan"ında zamanın süzgəcindən keçmişdir. Başqa bədii sənət nümunələri, təzkərələr, rəsmi və tarixi sənədlər kimi bu divan da bizə o dövrün mədəni həyatının güzgüsüdür. Onun daxilini, zövqünü bizlərə ancaq Nədim hiss etdirə bilmişdir. Məhz bu səbəbdən də Nədim böyük şairdir. (1, s.12) Nədim yaşadığı dövrü, vurğunu olduğu İstanbulu, nümayəndəsi olduğu xalqının gündəlik həyat tərzini şeirlərində yaşadan bənzərsiz bədii təxəyyülə malik, zövq və əyləncəyə meyilli yenilikçi bir divan şairidir. Divan ədəbiyyatının təşəkkül dövründən başlayaraq son dönəminə qədər ən geniş şəkildə tərənnüm olunan obrazlardan birincisi isə padişahlar olmuşdur. XVIII əsrdə Nədim də bu ənənəyə sadiq qalaraq "Divan"ında dövrün sultanı III Əhmədin də vəsfinə geniş yer ayırmışdır.

View PDFchevron_right